Qanunsuz ov edənlər cərimə olunub
23 Dekabr 2015, 00:00
“Respublika ərazisində qanunsuz ov hallarının qarşısının alınmasına nəzarətin gücləndirilməsi məqsədi ilə” Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan İşçi Qrupun həyata keçirdiyi nəzarət tədbirləri davam edir.
“Qanunsuz ov hallarının qarşısının alınmasına dair” müddəaların icrası ilə bağlı Nazirliyin əməkdaşlarının dekabrın 1-dən 20-dək ölkə ərazisində keçirdiyi reydlər zamanı qanunsuz ov fəaliyyəti ilə məşğul olan 64 şəxs saxlanılaraq onlardan 62 ədəd tüfəng, 110 ədəd patron götürülüb. Qanun pozucularına qarşı 45 min manat cərimə tətbiq olunub. Təbiətə dəymiş ziyana görə 2900 manat məbləğində iddia qaldırılıb. Qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və tədbir görülməsi üçün aidiyyəti üzrə 18 iş hüquq mühafizə orqanlarına göndərilib.
Respublika ərazisində reydlər davam etdirilir.