Şikayət məktubuaraşdırılıb
15 Dekabr 2015, 00:00
Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq işçisi Rafiq Mehdiyev tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı iləyerində araşdırılıb.
Qeyd edək ki, şikayət məktubunda ETSN tərəfindən Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində aparılan yoxlamalar zamanı müəyyən edilən nöqsanların aradan qaldırılmadığı və eyni zamandaişlə təmin olunması üçün ona köməklik göstərilməsi bildirilib.
Araşdırma zamanı məlum olub ki, Rafiq Mehdiyev 18 fevral 2015-ci il tarixində Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində baş meşəbəyi vəzifəsinə təyin olunub. İşlədiyi müddətdə meşə fondu torpaqlarının istifadə vəziyyətinin araşdırılması ilə bağlı müəssisə rəhbərliyi tərəfindən ona verilmiş tapşırıqları yerinə yetirmədiyinə, Nazirliyə təqdim olunmuş inventarlaşma sənədlərində 2015-ci ilin yaz mövsümündə salınmış tinglik sahələrinin hektarının və tinglərin sayının bilərəkdən gizlətdiyinə, müəssisənin xidməti ərazilərində faktiki aparılan işlər barəsində Departamentə yanlış məlumatlar verdiyinə, əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Eyni zamanda aparılan yoxlamalar zamanı Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində vaxtilə aşkar olunan nöqsanların idarə rəhbərliyi tərəfindən aradan qaldırılmaması barədə qeyd etdiyi şikayət dəyerində araşdırılıb. Araşdırma zamanı iddiaların əsassız olduğu müəyyən edilib.