Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
25 Dekabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 160-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 162 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 116 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 61 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb, Şirvanda və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 sm (2014-cü il dekabrın 25-də 400 sm), Şirvanda 323 sm (2014-cü il dekabrın 25-də 285 sm), Salyanda 304 sm (2014-cü il dekabrın 25-də 270 sm), Bankədə 219 sm (2014-cü il dekabrın 25-də 216 sm),
Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2014-cü il dekabrın 25-də 158 sm) təşkil edir.