Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 Noyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 150-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-330 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 125 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 141 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 5, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 426 sm (2014-cü il noyabrın 20-də 303 sm), Şirvanda 309 sm (2014-cü il noyabrın 20-də 145 sm), Salyanda 283 sm (2014-cü il noyabrın 20-də 100 sm), Bankədə 217 sm (2014-cü il noyabrın 20-də 166 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2014-cü il noyabrın 20-də 33 sm) təşkil edir.