Xəbərlər

Bolqarıstan Respublikasının Ətraf Mühit və Su naziri Azərbaycana səfər edəcək

17 Noyabr 2015, 00:00

Bolqarıstan Respublikasının Ətraf Mühit və Su naziri xanım İvelina Vasilevanın rəhbərlik etdiyi nümayəndə heyəti 17 noyabr 2015-ci il tarixində Azərbaycana səfər edəcək.
Səfərin məqsədi Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovla ətraf mühit sahəsində gələcək əməkdaşlığa dair məsələlərin müzakirə olunması
və 18-20 noyabr 2015-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit sərgisində nümayiş etdirilən stendlərə, təqdim olunan məhsullara baxış keçirməkdir. 18 noyabr 2015-ci il tarixində xanım İvelina Vasilevanın başçılıq etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovla birgə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra Bakı Ekspo Mərkəzində keçiriləcək “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit sərgisinə baxış keçirəcəklər.
Səfər çərçivəsində 2014-cü ildə Azərbaycanın paytaxtında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən ikiillik Proqramın qəbul olunması gözlənilir.