Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov noyabr ayının 24-də Tərtər şəhərində vətəndaşlarla görüşəcək

16 Noyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 24 noyabr 2015-ci il tarixində saat 10:00-da Tərtər şəhərində yerləşən Gənclər mərkəzində (ünvan: Tərtər şəhəri Heydər Əliyev prospekti 5) Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi 18, əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) xahiş olunur.