Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Noyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 60-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 158 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla, ongünlük normanın 193 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 11, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Şirvanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2014-cü il noyabrın 10-da 336 sm), Şirvanda 325 sm (2014-cü il noyabrın 10-da 187 sm), Salyanda 291 sm (2014-cü il noyabrın 10-da 150 sm), Bankədə 221 sm (2014-cü il noyabrın 10-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2014-cü il noyabrın 10-da 80 sm) təşkil edir.