Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
02 Noyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən iki gün ərzində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 30-70 sm intervalında azalma qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-350 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 244 m3/s olmaqla, ongünlük normanın 289 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 34, Şirvanda 46, Salyanda 30, Araz çayının Novruzlu məntəqəsində 27 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 504 sm (2014-cü il noyabrın 02-də 282 sm), Şirvanda 341 sm (2014-cü il noyabrın 02-də 109 sm), Salyanda 287 sm (2014-cü il noyabrın 02-də 58 sm), Bankədə 225 sm (2014-cü il noyabrın 02-də 155 sm), Araz çayının Novruzlu məntəqəsində isə 227 sm (2014-cü il noyabrın 02-də 22 sm) təşkil edir.