Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Oktyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-140, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 139 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Oktyabrın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 50,0 m3/s təşkil etmiş və ongünlük normanın 54 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Bankədə 36, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, lakin Surrada və Salyanda 2 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2012-ci il oktyabrın 21-də 323 sm), Şirvanda 173 sm (2012-ci il oktyabrın 21-də 165 sm ), Salyanda 120 sm (2012-ci il oktyabrın 21-də 143 sm ), Bankədə 225 sm (2012-ci il oktyabrın 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2012-ci il oktyabrın 21-də 103 sm) təşkil edir.