Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Oktyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 173 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 60 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktaybrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 6, Şirvanda 8, Salyanda 1 sm azalma, Bankədə isə suyun səviyyəsində 18 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2014-cü il oktyabrın 26-da 297 sm), Şirvanda 237 sm (2014-cü il oktyabrın 26-da 117 sm), Salyanda 200 sm (2014-cü il oktyabrın 26-da 68 sm), Bankədə 191 sm (2014-cü il oktyabrın 26-da 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2014-cü il oktyabrın 26-da 25 sm) təşkil edir.