Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov oktyabr ayının 30-da Samux şəhərində vətəndaşlarla görüşəcək
20 Oktyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 oktyabr 2015-ci il tarixində saat 10:00-da Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Samux şəhəri Heydər Əliyev prospekti) Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Gəncə şəhəri 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 050-366-05-04, 050-391-97-50, 022-25-3-04-48) xahiş olunur.