Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 Oktyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 105 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 108 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 7, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2014-cü il oktyabrın 14-də 317 sm), Şirvanda 232 sm (2014-cü il oktyabrın 14-də 191 sm), Salyanda 185 sm (2014-cü il oktyabrın 14-də 140 sm), Bankədə 183 sm (2014-cü il oktyabrın 14-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2014-cü il oktyabrın 14-də 40 sm) təşkil edir.