Oktyabrın 08-i gündüzdən 09-u səhərədək müşahidə olunmuş faktiki hava
09 Oktyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 08-i gündüzdən 09-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.
Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Havanın temperaturu oktyabrın 08-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.