Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Oktyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 120-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 98 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 123 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 34, Salyanda 66, Bankədə 46 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 391 sm (2014-cü il oktyabrın 09-da 324 sm), Şirvanda 255 sm (2014-cü il oktyabrın 09-da 151 sm), Salyanda 190 sm (2014-cü il oktyabrın 09-da 105 sm), Bankədə 219 sm (2014-cü il oktyabrın 09-da 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2014-cü il oktyabrın 09-da 40 sm) təşkil edir.