Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Sentyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 223 m3/s olmaqla ongünlük normanın 160 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 44 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 80 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2 sm azalma, Salyanda 10 sm artım qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2014-cü il sentyabrın 28-də 310 sm), Şirvanda 173 sm (2014-cü il sentyabrın 28-də 181 sm), Salyanda 127 sm (2014-cü il sentyabrın 28-də 118 sm), Bankədə 157 sm (2014-cü il sentyabrın 28-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2014-cü il sentyabrın 28-də 50 sm) təşkil edir.