Yanğın söndürülüb
19 Oktyabr 2013, 00:00
Neftçala rayonunun pay torpaqlarında başlayan və Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində saat 21 radələrində söndürülmüşdür.
Xatırladaq ki, yanğın hadisəsi 19 oktyabr 2013-cü il tarixində saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən baş vermişdir. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçmiş və 100 hektara yaxın ərazini əhatə etmişdir.