Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov sentyabr ayının 30-da Oğuz şəhərində vətəndaşların qəbulunu keçirəcək
21 Sentyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 sentyabr 2015-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya və İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti 1) Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin İsmayıllı şəhəri 11 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 117, əlaqə telefonları: 055-261-49-94, 055-428-53-58, 020-28-5-70-97) xahiş olunur.