Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Sentyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 15-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 75 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 38 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 23,5 m3/s təşkil edərək ongünlük normanın 26 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Araz çayının Novruzlu məntəqəsində və Şirvanda 2, Salyanda 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2014-cü il sentyabrın 11-də 293 sm), Şirvanda 169 sm (2014-cü il sentyabrın 11-də 133 sm), Salyanda 100 sm (2014-cü il sentyabrın 11-də 64 sm), Bankədə 164 sm (2014-cü il sentyabrın 11-də 194 sm), Araz çayının Novruzlu məntəqəsində isə 46 sm (2014-cü il sentyabrın 11-də 30 sm) təşkil edir.