Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 Sentyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-140, Kiçik Qafqazın çaylarında 80-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 94 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım, Şirvanda 4, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 sm (2014-cü il sentyabrın 04-də 301 sm), Şirvanda 203 sm (2014-cü il sentyabrın 04-də 145 sm), Salyanda 137 sm (2014-cü il sentyabrın 04-də 100 sm), Bankədə 163 sm (2014-cü il sentyabrın 04-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2014-cü il sentyabrın 04-də 25 sm) təşkil edir.