Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (avqust ayının III ongünlüyü üçün)

01 Sentyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 35 m3/san artaraq 109 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kürçayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların miqdarının yol verilən qatılıq həddindən (YVQH) bir neçə dəfə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.1, Ağstafaçay su anbarında isə 2.5 dəfə YVQH-ni keçib. Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.87-7.50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.