Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
31 Avqust 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 51 faizinə bərabər olub.
Avqustun 31-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma, Şirvanda 8 sm, Salyanda isə 15 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 353 sm (2014-cü il avqustun 31-də 307 sm), Şirvanda 221 sm (2014-cü il avqustun 31-də 152 sm), Salyanda 135 sm (2014-cü il avqustun 31-də 85 sm), Bankədə 165 sm (2014-cü il avqustun 31-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il avqustun 31-də 38 sm) təşkil edir.