Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Avqust 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 94 m3/s olmaqla ongünlük normanın faizinə bərabər olub.
Avqustun 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 14,5 m3/s olmaqla ongünlük normanın 21 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində, Salyanda və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Surrada 1 sm, Bankədə isə 22 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2014-cü il avqustun 21-də 301 sm), Şirvanda 177 sm (2014-cü il avqustun 21-də 133 sm), Salyanda 110 sm (2014-cü il avqustun 21-də 65 sm), Bankədə 197 sm (2014-cü il avqustun 21-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2014-cü il avqustun 21-də 16 sm) təşkil edir.