Şahdağ Milli Parkının ərazisində yanğın hadisəsi baş verib
17 Avqust 2015, 00:00
16 avqust 2015-ci il tarixdə saat 18:00 radələrində Şahdağ Milli Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində yerləşən meşə sahəsində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub.
Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür. Qeyd edək ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.