Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Avqust 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 65 m3/s olmaqla ongünlük normanın 49 faizinə bərabər olub.
Avqustun 14-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12,5 m3/s olmaqla ongünlük normanın 19 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2014-cü il avqustun 14-də 296 sm), Şirvanda 181 sm (2014-cü il avqustun 14-də 130 sm), Salyanda 97 sm (2014-cü il avqustun 14-də 67 sm), Bankədə 165 sm (2014-cü il avqustun 14-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2014-cü il avqustun 14-də 22 sm) təşkil edir.