Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Avqust 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 47 m3/s olmaqla ongünlük normanın 35 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 25 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 6 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2014-cü il avqustun 07-də 298 sm), Şirvanda 175 sm (2014-cü il avqustun 07-də 131 sm), Salyanda 120 sm (2014-cü il avqustun 07-də 63 sm), Bankədə 193 sm (2014-cü il avqustun 07-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2014-cü il avqustun 07-də 21 sm) təşkil edir.