Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Qazax şəhərində vətəndaşların qəbulunu keçirib

06 Avqust 2015, 00:00

06 avqust 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik,
hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə
bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.