Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov avqust ayının 06-da Qazax şəhərində vətəndaşların qəbulunu keçirəcək
03 Avqust 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 06 avqust 2015-ci il tarixində saat 10:00-da Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Qazax şəhəri, Sabir küçəsi 78, əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-29-5-12-49) xahiş olunur.