Xəbərlər

Yanğın hadisəsi baş verib

31 İyul 2015, 00:00

31 iyul 2015-ci il tarixində Quba rayonunun Pirvahid adlanan ərazisindəki pay torpaqlarında yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları
və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.