Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

31 İyul 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 103 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 14 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 4, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 sm (2014-cü il iyulun 31-də 294 sm), Şirvanda 191 sm (2014-cü il iyulun 31-də 134 sm), Salyanda 120 sm (2014-cü il iyulun 31-də 60 sm), Bankədə 174 sm (2014-cü il iyulun 31-də 189 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2014-cü il iyulun 31-də 16 sm) təşkil edir.