Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçiriləcək
30 İyul 2015, 00:00
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar avtonəqliyyat vasitələri ilə atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə təsdiq olunmuş birgə tədbirlər planına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri,
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi 2015-ci ilin avqust ayında da Respublika ərazisində “Təmiz hava” aylığı tədbirləri həyata keçirəcək.
Tədbirin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.
“Təmiz hava” aylığı çərçivəsində ETSN-nin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlamalar aparacaqlar.
Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunarsa bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görüləcək. Eyni zamanda “Təmiz hava” aylığı tədbirləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.