Yanğının meşə fonduna keçməsinin qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər həyata keçirilir
28 İyul 2015, 00:00
28 iyul 2015-ci il tarixində saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.