Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 İyul 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq
ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 m3/s olmaqla ongünlük normanın 22 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 82 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 35 m3/s təşkil edərək ongünlük normanın 40 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 2, Salyanda 7 sm artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2014-cü il iyulun 21-də 295 sm), Şirvanda 193 sm (2014-cü il iyulun 21-də 131 sm), Salyanda 117 sm (2014-cü il iyulun 21-də 63 sm), Bankədə 179 sm (2014-cü il iyulun 21-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2014-cü il iyulun 21-də 16 sm) təşkil edir.