Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
25 İyun 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 57 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8 sm artım, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2014-cü il iyunun 25-də 313 sm), Şirvanda 157 sm (2014-cü il iyunun 25-də 161 sm), Salyanda 78 sm (2014-cü il iyunun 25-də 95 sm), Bankədə 175 sm (2014-cü il iyunun 25-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2014-cü il iyunun 25-də 48 sm) təşkil edir.