Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyul ayının 03-də Şamaxı şəhərində vətəndaşların qəbulunu keçirəcək

23 İyun 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 03 iyul 2015-ci il tarixində saat 10:00-da Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev küçəsi) Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Şamaxı şəhəri, N.Nərimanov küçəsi 108, əlaqə telefonları: 051-843-47-90, 050-525-50-15, 020-26-5-15-92) xahiş olunur.