Xəbərlər


Gənclər üçün “Təbiətin obyektivdən görünüşü: fotoqrafiya ilə ekoloji hekayə” adlı təlim keçirilib

24 Noyabr 2026, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “III Yaşıl düşüncə”maarifləndirmə proqramı çərçivəsində gənclərin ekoloji biliklərinin və yaradıcı bacarıqlarının inkişafına yönəlmiş “Təbiətin obyektivdən görünüşü: fotoqrafiya ilə ekoloji hekayə” adlı təlim keçirilib.

Təlimin əsas məqsədi gənclərdə təbiətə estetik baxışın formalaşdırılması, fotoqrafiya sənətinin imkanlarından istifadə etməklə ekoloji mövzulara marağın artırılması və ətraf mühitin mühafizəsi ideyalarının yaradıcı yanaşmalarla təbliğinə töhfə vermək olub.

Görüşdə fotoqraf Aleksey Lyokin (Lyokin Photos) təbiət fotoqrafiyasının özəllikləri, uğurlu kadrın əldə olunması və kompozisiyanın qurulması ilə bağlı praktiki bilik və təcrübəsini iştirakçılarla bölüşüb. Çıxış zamanı fotoqrafiyanın yalnız estetik sənət deyil, həm də təbiətin qorunması ilə bağlı mesajların geniş auditoriyaya çatdırılmasında təsirli vasitə olduğu vurğulanıb.

Təlim çərçivəsində müxtəlif foto nümunələri təhlil edilib, gənclər təbiət mənzərələrinin və ekoloji problemlərin foto vasitəsilə təqdim olunması barədə müzakirələr aparıblar.