Xəbərlər


Növbəti ağacəkmə aksiyası keçirilib

23 Noyabr 2026, 15:10

Yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitə qayğıkeş münasibətin təşviq edilməsi məqsədilə növbəti ağacəkmə aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN xidmət”in və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən tədbir zamanı könüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, aksiya “Bir arzu, bir fidan” layihəsi çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində arzularının gerçəkləşməsinə töhfə verilən vətəndaşların adına fidanlar əkilib.