Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 İyun 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 296 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 30 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Salyanda 4 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303 sm (2014-cü il iyunun 19-da 326 sm), Şirvanda 143 sm (2014-cü il iyunun 19-da 178 sm), Salyanda 68 sm (2014-cü il iyunun 19-da 115 sm), Bankədə 177 sm (2014-cü il iyunun 19-da 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 27 sm (2014-cü il iyunun 19-da 48 sm) təşkil edir.