Xəbərlər


Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

11 Noyabr 2026, 18:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və tərəfdaş təşkilatların dəstəyi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Sumqayıtda keçiriləcək.

Festival çərçivəsində vətəndaşlar təkrar emala yararlı tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edə biləcəklər.

Hədiyyə qazanmaq üçün aşağıdakı tullantı növlərindən birini və ya bir neçəsini gətirmək lazımdır:
- Ümumi tutumu minimum 50 litr olan plastik butulka;
- Ümumi tutumu minimum 15 litr olan şüşə butulka/banka;
- 10 ədəd işlənmiş batareya.

Maraqlı fəaliyyətlərin də yer alacağı tədbirdə tullantılarınızı dəyərləndirərək ətraf mühitin qorunmasına töhfə verin və hədiyyələr qazanın.
- Qeyd: Bir nəfər üçün maksimum 10 hədiyyə nəzərdə tutulub.
- Məkan: Sumqayıt şəhəri, Dənizkənarı bulvar (“Poseidon” restoranının yanı)
- Tarix: 14 noyabr 2026-cı il
- Saat: 12:00–14:00