Ağacəkmə aksiyaları davam edir
05 Noyabr 2026, 15:45
Yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin artırılması məqsədilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.