Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
16 İyun 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 252 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 47 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 10 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2014-cü il iyunun 16-da 336 sm), Şirvanda 133 sm (2014-cü il iyunun 16-da 193 sm), Salyanda 70 sm (2014-cü il iyunun 16-da 115 sm), Bankədə 179 sm (2014-cü il iyunun 16-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2014-cü il iyunun 16-da 55 sm) təşkil edir.