Xəbərlər


Regionlarda ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

30 Oktyabr 2026, 17:05

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşlarının iştirakı ilə Gəncə və Lənkəran şəhərlərində yerləşən ASAN xidmət mərkəzlərində maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı iştirakçılara ölkədə mövcud ekoloji vəziyyət, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, dövlət ekoloji siyasətinin əsas istiqamətləri, tullantıların idarə olunması, yaşıllıqların qorunması və ekoloji tarazlığın təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd əməkdaşların və könüllülərin ekoloji bilik və bacarıqlarının artırılması, ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığın yüksəldilməsi, eləcə də ekoloji məsuliyyət hissinin gücləndirilməsidir.