Xəbərlər


Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

29 Oktyabr 2026, 16:30

ETSN-in Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Lənkəran şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəb-liseyinin, Şirvan şəhəri 13 və Zaqatala rayonu Car kənd 1 saylı tam orta ümumtəhsil məktəblərinin, Tovuz rayonu İmran Bayramov adına Aşağı Quşçu və Lerik rayonu Sivəkəran kənd ümumi orta ümumtəhsil məktəblərinin şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən görüşlər zamanı uşaqlara uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, qanunvericiliyin bu sahədə müəyyən etdiyi əsas tələblər və ətraf mühitin mühafizəsində hər kəsin üzərinə düşən məsuliyyət barədə məlumat verilib.

Maarifləndirici görüşlərin məqsədi uşaqların ekoloji biliklərini genişləndirmək, onlarda təbiətə qayğıkeş münasibət formalaşdırmaq və ətraf mühitin qorunmasına yönəlmiş davranış vərdişlərini təşviq etməkdir.