Xəbərlər


“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti təlim keçirilib

22 Oktyabr 2026, 18:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “Biomüxtəlifliyin qorunması: ekosistemlərin dayanıqlılığı” və “Beynəlxalq ekoloji gündəm: konvensiyalar, öhdəliklər və əməkdaşlıq” mövzularında təlimlər təşkil olunub.

Təlimdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev ekosistemlərin əhəmiyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin biomüxtəlifliyin qorunmasındakı rolu, reintroduksiya tədbirləri və nadir növlərin təbii yaşayış mühitinə qaytarılması istiqamətində görülən işlər haqqında danışıb.

Daha sonra Beynəlxalq şöbənin sektor müdiri Aysel Rzayeva iştirakçılara Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində qoşulduğu beynəlxalq konvensiyalar, qlobal çağırışlar, eləcə də beynəlxalq müqavilələr üzrə öhdəliklərin ölkə səviyyəsində icrasının hüquqi aspektləri barədə məlumat verib.
Təlimlər interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.