Xəbərlər


Regionlarda növbəti ekoloji maarifləndirici görüşlər keçirilib

22 Oktyabr 2026, 15:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Bakı, Quba və Kürdəmir rayonlarında ekoloji maarifləndirici görüşlər təşkil olunub.

Görüşlər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində, Kürdəmir rayonunun Atakişili kənd və Quba rayonunun Vəlvələ kənd tam orta məktəblərində “Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan görüşlərdə şagirdlərə şəhər və yaşayış məntəqələrinin ekoloji cəhətdən dayanıqlı inkişafında ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə məlumat verilib, hər bir şəxsin ekoloji məsuliyyətinin əhəmiyyəti vurğulanıb.