“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
21 Oktyabr 2026, 16:38
Təbiətin mühafizəsi, ekoloji dəyərlərin təbliği və ətraf mühitə məsuliyyətli münasibətin təşviqi məqsədilə təşkil olunan “Təbiətin səsi” hekayə müsabiqəsi başa çatıb.
Müsabiqə çərçivəsində iştirakçılar öz yaradıcı yanaşmaları ilə ekoloji problemlərə diqqət çəkib, təbiətin qorunmasının əhəmiyyətini vurğulayıb və gələcək nəsillər qarşısında məsuliyyətimizi hekayələr vasitəsilə ifadə ediblər.
Müsabiqənin şərtlərində qeyd olunan meyarlar üzrə münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər müəyyənləşdirilib:
- Leyla Nəsibli
- Nərmin İsmayılzadə
- Xatirə Nurgül
Qaliblərlə yanaşı, Emil İmamverdizadə təqdim etdiyi hekayənin maraqlı və fərqli məzmunu nəzərə alınaraq həvəsləndirici yerə layiq görülüb.
Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər kəsə təbiətin səsinin daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması istiqamətində ictimai məsuliyyətin artırılmasına verdikləri töhfəyə görə təşəkkür edirik.