Xəbərlər


Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 Oktyabr 2026, 18:15

ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Tibbi tullantıların düzgün idarə edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə tibbi tullantıların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub.

Maarifləndirmə tədbirinin əsas məqsədi tibbi tullantıların utilizasiyası ilə bağlı məlumatlılığın artırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində düzgün yanaşmaların təşviqidir.