Xəbərlər


Ağacəkmə aksiyası keçirilib

19 Oktyabr 2026, 16:02

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə 20 oktyabr-Energetiklər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya çərçivəsində 1 hektar ərazidə Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbər və kollektiv heyəti, həmçinin ekokönüllülər iştirak edib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyətin təşviq edilməsi, atmosferin çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə diqqətin yönəldilməsidir.