Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
19 Oktyabr 2026, 14:45
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.