Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyun ayının 19-da Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirəcək

10 İyun 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 19 iyun 2015-ci il tarixində saat 10:00-da Zaqatala şəhər 2 saylı orta məktəbdə (ünvan: Heydər Əliyev prospekti) Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40, əlaqə telefonları: 050-683-17-40, 070-950-78-83, 024-22-5-35-15) xahiş olunur.