Xəbərlər


Tibbi tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

15 Oktyabr 2026, 14:35

ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyində olan A.N.Heydərov adına Respublika Hospitalında “Tibbi tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı tibbi tullantıların idarə olunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri diqqətə çatdırılıb, onların düzgün toplanması, daşınması və zərərsizləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin tibbi tullantıların idarə olunması prosesində qarşıya çıxan mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə edilib. Tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri, təhlükəlilik dərəcəsinə uyğun çeşidlənməsi üsulları barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması, ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin mühafizəsi istiqamətində düzgün yanaşmaların təşviq edilməsi olub.